Oktyabrın 16-da Ankarada (Türkiyə) Heydər Əliyev adına parkın təməlqoyma mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.
Səfir əlavə edib ki, mərasimə diplomatik missiya başçıları, Türkiyə parlamentinin üzvləri, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvləri, bələdiyyə başçıları, Ankara meri, Ankaradakı Heydər Əliyev adına məktəbin tələbə və nümayəndələri dəvət olunub. Bakıdan mərasimə XİN nümayəndələri gedəcək.