...

Azərbaycan prezidenti Füzuli rayonuna səfər edəcək

Siyasət Materials 4 Oktyabr 2006 12:45 (UTC +04:00)
Azərbaycan prezidenti Füzuli rayonuna səfər edəcək

İlin sonunadək Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova məlumat verib.

Səfər Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi prosesi ilə tanışlıq çərçivəsində baş tutacaq.

"Bu rayonun əhalisinin həyat səviyyəsini artırmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirir. Ancaq irəlidə çox işlər görülməlidir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti