...

Avropa Şurası mədəniyyət, elm və təhsil komitəsi mətbuat üzrə alt komitəsinin toplantısı Bakıda keçiriləcək

Siyasət Materials 4 Oktyabr 2006 19:35 (UTC +04:00)

Avropa Şurası mədəniyyət, elm və təhsil komitəsi mətbuat üzrə alt komitəsinin toplantısının noyabrın 29-30-da Azərbaycanda keçirilməsi qərara alınıb. Bu barədə "Trendə" Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

Həmin toplantıda R.Hüseynovun hazırladığı "Avropa jurnalist univeriseti" məruzəsi üzrə müzakirələr aparılacaq. Eyni zamanda jurnalistlərin treninqi ətrafında müzakirələr aparılacaq. Millət vəkili qeyd edib ki, adıçəkilən komitənin alt komitəsinin toplantısının Bakıda keçirilməsi çox müsbət hadisədir: "Azərbaycanın mətbuat nümayəndələri Avropa Şurasının mətbuat problemləri ilə bilavasitə məşğul olan təmsilçiləri ilə təmas yaratmaq imkanı əldə edəcəklər".

Xəbər lenti

Xəbər lenti