...

MSK sədri ABŞ səfiri ilə görüşüb

Siyasət Materials 4 Oktyabr 2006 19:46 (UTC +04:00)

Oktyabrın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Enn Derslə görüşüb. Trend xəbər verir ki, MSK sədri Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, 6 oktyabra təyin edilən bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərin hazırlığı vəziyyəti barədə qonağa məlumat verib.

MSK sədri ABŞ-ın ölkəmizin strateji tərəfdarı olduğunu qeyd edərək bu ölkənin Azərbaycana bir sıra sahələrdə olduğu kimi demokratikləşmə sahəsində də dəstək verdiyini xatırladıb.

Xəbər lenti

Xəbər lenti