...

Milli Məclisin komissiya sədri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 4 Oktyabr 2006 19:49 (UTC +04:00)

Oktyabrın 4-də Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Arif Rəhimzadə qonaqlara Azərbaycanda oktyabrın 6-da təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkiləri barədə ətraflı məlumat verib. O bildirib ki, seçkilər ərəfəsində Milli Məclisin müvafiq komissiyalarının və Mərkəzi Seçki Komissiyasının üzvləri yerlərdə məşğələlər, seminarlar keçirmiş, maarifləndirmə işləri aparıblar.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse- prezidenti, nümayəndə heyətinin rəhbəri Lyudmila Firloaqa Seçki Məcəlləsinin təkmilləşdirilməsi, Azərbaycanda bələdiyyələrə verilmiş səlahiyyətlər, yerli özünüidarə orqanları üçün yaradılmış şərait və bu sahəyə aid qanunvericilik bazası ilə maraqlanıb..

Arif Rəhimzadə bələdiyyələrin sərbəst fəaliyyət göstərdiklərini vurğulayıb, bu sahənin tənzimlənməsi üçün işlək qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti