Bu gün - oktyabrın 7-də Latviyada keçirilən parlament seçkilərində Azərbaycan Mərkəzi Seçki Komissiyasının əməkdaşı da müşahidə aparır.
Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.
O bildirib ki, 6 oktyabrda Azərbaycanda da seçki keçirildiyi üçün MSK-nın Latviyaya geniş tərkibli nümayəndə heyəti göndərmək imkanı olmadı. Ona görə də həmin seçkiləri izləyən beynəlxalq müşahidə missiyasının tərkibində Azərbaycandan bir nəfər müşahidəçi iştirak edir.