...

Gürcüstanın birinci xanımının Azərbaycana səfəri davam edir

Siyasət Materials 10 Oktyabr 2006 15:23 (UTC +04:00)

Oktyabrın 10-da Gürcüstanın birinci xanımı Sandra Rulofsun Azərbaycana səfəri davam edir. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Günün birinci yarısında S.Rulofs Azərbaycan Dövlət Tibb Universitetində olub və universitetin müəllim-professor və tələbə kollektivi ilə görüşüb. Sandra Rulofs Bakıda "Sehrli ilmələr" xalçaçılıq bədii-istehsal mərkəzinə baş çəkib. Axşam o, Bakı Əyləncə Mərkəzində təşkil olunacaq gürcü çaxırlarının təqdimatında iştirak edəcək.

Xatırladaq ki, oktyabrın 8-dən Bakıda səfərdə olan S.Rulofs artıq atəşpərəstlərin "Atəşgah" məbədinə baş çəkib, keçmiş prezident Heydər Əliyev və onun xanımı Zərifə Əliyevanın məzarlarına gül dəstələri qoyub. Oktyabrın 9-da Gırcüstanın birinci xanımı Səhiyyə Nazirliyində də olub və səhiyyə naziri Oqtay Şirəliyevlə müzakirələr aparıb.

S.Rulofsun səfəri oktyabrın 11-də başa çatır.

Xəbər lenti

Xəbər lenti