Oktyabrın 10-11-də Minskdə MDB ölkələri nümayəndələrinin müşavirəsində Dövlətlərarası humanitar əməkdaşlıq fondunun təşkili və fəaliyyətinin təmin olunması məsələləri müzakirə olunacaq. Bu barədə Trend MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir.
Müşavirə iştirakçıları Dövlətlərarası humanitar əməkdaşlıq fondunun idarə heyəti və reqlamentinin (Prosedur qaydaları) idarə heyətinin icra direksiyası haqqında əsasnamələrin layihələrini, o cümlədən fondun icra direksiyasının strukturu və maliyyələşdirilmə ilə bağlı məsələləri müzakirə edəcək.
Müşavirənin işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak edəcək.