...

Prezident Trayan Basesku: Rumıniya Xəzər neftinin Avropaya nəql olunmasında Azərbaycana yardım edə bilər

Siyasət Materials 11 Oktyabr 2006 20:51 (UTC +04:00)

Bakıda keçirilmiş danışıqlar zamanı bir çox məsələlər müzakirə olunub. Biz Xəzər regionundan enerji daşıyıcılarının nəqlində maraqlıyıq. Trend in xəbər verdiyi kimi, bunu bu gün birgə mətbuat konfransında Rumıniya prezidenti Trayan Basesku bəyan edib.

"Xam neftin nəqlinə böyük diqqət ayrılır. Rumıniya neftin Avropaya nəql olunmasına yardım edə bilər. Hazırda Avropa 50% idxaldan asılıdır. Gələcəkdə isə bu göstərici 70%-dək artacaq", - deyə o bildirib.

Prezidentin sözlərinə görə, Rumıniya Azərbaycana yeni texnologiyaların çatdırılmasını davam etdirəcək və öz növbəsində, Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasına yardım edəcək.

T. Baseskunun sözlərinə görə, regionda siyasi təhlükəsizlik və enerji məsələlərində Azərbaycan böyük rol oynayır. "Rumıniya həmişə sərhədlərin toxunulmazlığı məsələsinə ciddi yanaşıb. Bizim Albaniya, Ukrayna, Azərbaycan və Ermənistanla yaxşı əlaqələrimiz var. Lakin yaxşı münasibətlər əsaslı prinsiplərə qarşı xidmət etməməlidir", - deyə Rumıniya prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti