...

Səfir: Azərbaycan və Küveyt səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 12 Oktyabr 2006 18:07 (UTC +04:00)

Azərbaycan və Küveyt səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Gələcək əməkdaşlıq perspektivləri Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin həmin ölkənin sənaye naziri Şeyx Əhməd əl-Abdullah əl-Sabahla (Sheikh Ahmad Al-Abdullah Al-Sabah) görüşündə müzakirə olunub. Bu barədə Trend ə səfirin özü eksklüziv olaraq məlumat verib.

Səfirin sözlərinə görə, o, Azərbaycan tərəfinin öz həkim və mütəxəssislərinin ölkəyə göndərməsi barədə təklifini nazirə bildirib. O, nazirin diqqətini Səudiyyə Ərəbistanı ilə bu cür əməkdaşlığın olmasına yönəldib. Artıq bir neçə ildir ki, azərbaycanlı mütəxəssislər ölkənin xəstəxana və klinikalarında uğurla çalışır, öz təcrübələrini yerli mütəxəssislərlə bölüşürlər.

Səfir bildirib ki, Küveytin səhiyyə naziri Azərbaycan tərəfinin bu təşəbbüsünə böyük əhəmiyyət verib və iki ölkənin bu sahədə əməkdaşlığı üçün mövcud müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin zəruri olduğunu bildirib. Diplomatik missiya başçısı bildirib ki, tərəflər yaxın vaxtlarda müvafiq saziş layihəsini hazırlamaq və bu sahədə əməkdaşlığı nizamlamağa dair razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti