...

"Rusiya" VES RSC 2007-ci ilin yazında Bakıda öz nümayəndəliyini açacaq

Siyasət Materials 13 Oktyabr 2006 13:23 (UTC +04:00)
"Rusiya" VES RSC 2007-ci ilin yazında Bakıda öz nümayəndəliyini açacaq

"Rusiya" VES RSC 2007-ci ilin yazında Bakıda öz nümayəndəliyini açmağı planlaşdırır. Bu barədə bu gün Trend in Astanadakı xüsusi müxbirinə "İnter "Rusiya" VES RSC" QSC-nin baş direktoru Yevgeni Dod məulmat verib.

"Biz hələ Azərbaycan bazarında təmsil olunmamışıq, halbuki ölkə bizim üçün elektrik enerjisi tədarükü üzrə böyük tərəfdaşdır. Biz ümid edirik ki, bizim nümayəndəliyimiz elektrik enerjisi üzrə ticarət sazişlərimizə xidmət göstərməklə məşğul olacaq, biz Azərbaycanda olan investisiya layihələrinin üzərində işləyəcəyik", - deyə o bildirib.

Yevgeni Dod istisna etməyib ki, "Rusiya" VES RSC Azərbaycanda şəbəkə aktivlərinin generasiyasında iştirak edəcək. "Əgər biz Azərbaycanda nümayəndəlik və ya törəmə şirkət açsaq, şəbəkə aktivlərinin generasiyasına nail olmaq şansları artır. Bu, bizim məqsədli vəzifəsimizdir. Biz bu bölgədə investisiyalar və tərəfdaşlıqda maraqlıyıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti