Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də Rauf Muxtar oğlu Əvşərova "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.
Sərəncamda qeyd olunub ki, R.Əvşərov "Azərbaycan mədəniyyətinin xarici ölkələrdəki həmyerlilərimiz arasında təbliğatında göstərdiyi xidmətlərə" görə bu ada layiq görülüb.