...

İqtisadi inkişaf naziri: Gürcüstan ətrafında baş verənlər gələcəkdə ölkənin daha yaxşı inkişafına xidmət edəcək

Siyasət Materials 13 Oktyabr 2006 19:40 (UTC +04:00)
İqtisadi inkişaf naziri: Gürcüstan ətrafında baş verənlər gələcəkdə ölkənin daha yaxşı inkişafına xidmət edəcək

"Gürcüstana qarşı Rusiya tərəfindən törədilənlər, əlbəttə ki, problematikdir. Sadəcə incitməyə yox, iqtisadiyyatı boğmağa, Gürcüstanı boğmağa çalışırlar. Amma alınmayacaq". Bunu bu gün Bakıda Gürcüstanın iqtisadi inkişaf naziri İrakliy Çoqovadze bəyan edib.

"Biznes öz işini görür", - deyə gürcü naziri bildirib. Onun sözlərinə görə, əgər məhsullar Rusiyadan daxil olmazsa, onda onlar digər regiondan gətiriləcək.

"Bu, bir az baha olacaq. Və ya, əksinə ucuz. Sentyabrda Gürcüstan 90% məhsula sıfır gömrük tarifi tətbiq edib. Honkonqdan sonra ikinci tarif bizdədir. Gürcüstan Türkiyə biznesinə - kiçik və orta sahəyə çox ciddi şəkildə daxil olur. Mən çox şadam ki, Azərbaycan biznesi də Gürcüstana gəlib", - deyə o qeyd edib.

"İş təkcə idxalda deyil. İndi Gürcüstanda ixrac bazarlarına işləyən müəssisələr yaradılır", - deyə Çoqovadze bildirib.

"Effekt olacaq. Qısamüddətli perspektivdə o, ağrılı ola bilər, amma gələcəkdə Gürcüstanın daha da yaxşı inkişaf etməsinə xidmət edəcək", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti