...

Əli Həsənov: "Prezident yanında Əfv Komissiyasına daxil olan müraciətlərə baxılır"

Siyasət Materials 14 Oktyabr 2006 13:11 (UTC +04:00)

Prezident yanında Əfv Komissiyasına daxil olan müraciətlərə baxılır. Trend xəbər verir ki, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli HƏsənov jurnalistlərə bildirib.

Ə.Həsənov onu da bildirib ki, müraciətlər araşdırıldıqdan sonra prezidentə məlumat veriləcək: "Bundan sonra prezident fərman hazırlayacaq. Amma bu fərmanın nə vaxt hazırlanacağı barədə dəqiq heç nə deyə bilmərəm". Ə Həsənov onu da qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü ilə bağlı əfv fərmanının veriləcəyi barədə heç bir məlumata malik deyil.

Xəbər lenti

Xəbər lenti