...

Türkiyədə Heydər Əliyev parkının təməlqoyma mərasimi keçirilib

Siyasət Materials 16 Oktyabr 2006 17:34 (UTC +04:00)
Türkiyədə Heydər Əliyev parkının təməlqoyma mərasimi keçirilib

Bu gün Ankarada (Türkiyə) Heydər Əliyev adına parkın təməlqoyma mərasimi keçirilib. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Səfir əlavə edib ki, mərasimdə Türkiyə və Azərbaycanda akkreditə olunmuş diplomatik missiya başçıları, Türkiyə parlamentinin indiki və keçmiş üzvləri, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbərliyi, bələdiyyə başçıları, Ankaranın meri, tələbələr və Ankaradakı Heydər Əliyev adına məktəbin nümayəndələri iştirak ediblər. Mərasimdə iştirak etmək üçün Bakıdan Azərbaycan XİN başçısının müavini Vaqif Sadıxov yola düşüb.

Z. Həşimov bildirib ki, parkın inşası 2007-ci ilin aprel ayına kimi başa çatacaq.

Xəbər lenti

Xəbər lenti