...

MDB ölkələrinin XİN başçıları növbəti dəfə də Minskdə görüşəcək

Siyasət Materials 17 Oktyabr 2006 13:24 (UTC +04:00)

Noyabrın sonunda Minskdə MDB ölkələri xarici işlər nazirləri Şurasının növbəti görüşü keçiriləcək. Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, bu qərar bir gün əvvəl xarici siyasət idarə başçılarının Minskdə görüşü zamanı qəbul edilib.

Nazirlər noyabrın sonunda Minskdə keçirilməsi nəzərdə tutulan MDB-nin növbəti sammiti ərəfəsində daha bir görüşün keçirilməsi barədə razılığa gəlib. Bu dəfə XİNŞ müşavirəsində Qazaxıstan sədrlik edəcək. Xarici siyasət idarə başçıları daha sonra hökumət başçıları Şurasının iclasına və dövlət başçıları Şurasına təqdim olunacaq sənədləri bir daha təhlil etmək niyyətindədir.

Oktyabrın 16-da MDB ölkələri XİNŞ iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Xəbər lenti

Xəbər lenti