Demokratik İslahatlar Partiyası (DİP) oktyabrın 21-də ABŞ-ın Los-Anceles şəhərində düzənlənəcək Birinci Azərbaycan-ABŞ Gənclər Forumuna dəvət olunub. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Həmin tədbirdə partiyanı Siyasi Şura üzvləri Eldar Cahangirov və Mərdan Əfəndiyev təmsil edəcəklər. Partiya hesab edir ki, forum Avroatlantik məkana inteqrasiya yolu tutmuş Azərbaycan və ABŞ gənclərinin gələcək əməkdaşlığında, konsolidasiyasında körpü rolunu oynayacaq.