...

AMİP-çi gənclərin Fransa səfirliyi qarşısında piket keçirmək cəhdi baş tutmayıb

Siyasət Materials 20 Oktyabr 2006 16:37 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) gənclər təşkilatının bir qrup üzvü oktyabrın 20-də Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Trend in məlumatına görə, polis əməkdaşları icazəsiz aksiyanın keçirilməsinə imkan verməyib.

AMİP Fransa parlamentinin aşağı palatasında qondarma "erməni soyqırımı"nı tanımayanlara qarşı cəzanı nəzərdə tutan qanun qəbul etməsinə etiraz olaraq aksiyalar keçiməyə qərar verib. Lakin bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə müsbət cavab verilməyib və piketin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib.

Piketin təyin olunduğu vaxtda polis əməkdaşları artıq Fransa səfirliyinin binasını nəzarət altına almışdı. AMİP üzvlərinin səfirliyin binası qarşısına toplaşmasının qarşısı alınıb.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti