Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev 2006-cı il noyabrın sonunda Astanada Avropa, Qafqaz və Orta Asiya ölkələri energetika nazirlərinin ikinci beynəlxalq görüşündə iştirak edəcək. Bu barədə Trend in Qazaxıstandakı xüsusi müxbirinə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov məlumat verib.
Onun sözlərinə görə, görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri Transxəzər boru kəmərinin inkişafı layihəsi ilə bağlı olacaq.
Səfir onu da bildirib ki, 2007-ci ilin əvvəlində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Astanaya səfəri planlaşdırılır.
"Bu il 5 hökumətlərarası komissiya keçirilməlidir. Əvvəlki komissiya Bakıda keçirildiyindən, bunlar Astanada təşkil olunacaq", - deyə o qeyd edib.