Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Avstriya prezidenti Xayns Fişerə bu ölkənin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib.
Məktubda dövlət başçısı ölkələrimiz arasındakı münasibətlərin hazırki səviyyəsindən məmnun olduğunu bildirib. Prezident bu münasibətlərin gələcəkdə də hər iki xalqın maraqlarına uyğun inkişaf edəcəyinə əminlik ifadə edib.