...

Bakı Ermənistan XİN başçısının son bəyanatlarını çox müsbət qiymətləndirir

Siyasət Materials 26 Oktyabr 2006 13:42 (UTC +04:00)
Bakı Ermənistan XİN başçısının son bəyanatlarını çox müsbət qiymətləndirir

Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Azərbaycanın bütün işğal olunmuş ərazilərinin qaytarılmasına dair son bəyanatlarını çox müsbət qiymətləndirilir. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, nizamlama prosesi çərçivəsində Azərbaycan ərazisinin qaytarılmasının qaçılmaz olduğu erməni tərəfi üçün faktdır. "Ermənistanın xarici işlər naziri aydın şəkildə bildirib ki, erməni tərəfi köçürülmüş şəxslərin daimi yaşayış yerlərinə qaytarılması ilə yanaşı, Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərinin qaytarılmasının nizamlamanın ayrılmaz hissəsi olduğunu anlayır", - deyə T.Tağızadə vurğulayıb.

Bir gün əvvəl Ermənistan parlamentində çıxış edən Vardan Oskanyan bildirib ki, ərazilərin qaytarılması məsələsi təkliflər paketinin bir hissəsini təşkil edir. "Dağlıq Qarabağın statusu məsələsi üzrə qəti rəy əldə olunan zaman biz ərazi məsələsini müzakirə edəcəyik. Yalnız bu halda biz ərazilərin qaytarılması məsələsi üzrə təfərrüatları müzakirə etməyə başlayacağıq", - deyə nazir bildirib. Bu zaman o qeyd edib ki, ərazi dedikdə Dağlıq Qarabağın bütün əraziləri - şimal və şərq, o cümlədən Martuni, Mardakert və Şaumyan da başa düşülür. "Bütün ərazilər müzakirə mövzusudur, lakin müxtəlif müstəvilərdə yerləşir", - deyə V.Oskanyan əlavə edib.

Xəbər lenti

Xəbər lenti