...

Avropa Şurası Azərbaycanın üç ərazisində bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə dair hələ şərh verməyəcək

Siyasət Materials 26 Oktyabr 2006 17:30 (UTC +04:00)
Avropa Şurası Azərbaycanın üç ərazisində bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsinə dair hələ şərh verməyəcək

Avropa Şurasının yerli və icra hakimiyyəti konqresi Azərbaycanda oktyabrın 6-da keçirilən bələdiyyə seçkilərinin yekunları üzrə öz mövqeyini açıqlayacaq. Bu barədə Konqresin vitse-prezidenti Lyudmila Sfirloaqa Trend ə eksklüziv olaraq məlumat verib.

O, bir gün əvvəl Azərbaycanın Mərkəzi seçki komissiyasının toplantısında təsdiq olunmuş səsvermənin yekunlarını şərh edərkən qeyd edib ki, Konqres təşkilatın növbəti plenar sessiyasına qədər bu məsələ üzrə öz mövqeyini açıqlamaq niyyətində deyil.

L.Sfirloaqa əlavə edib ki, MSK-nın seçkinin yekunları üzrə mövqeyi Avropa Şurası yerli və regional hakimiyyət Konqresinin noyabrın 13-də Moskvada keçiriləcək növbəti plenar sessiyasında müzakirə olunacaq yekun hesabata daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti