...

MSK katibi: "Tərkibi buraxılmış dairə seçki komissiyasının formalaşdırılması üçün yeni üzvlər müəyyənləşdirilir"

Siyasət Materials 28 Oktyabr 2006 13:09 (UTC +04:00)
MSK katibi: "Tərkibi buraxılmış dairə seçki komissiyasının formalaşdırılması üçün yeni üzvlər müəyyənləşdirilir"

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri tərkibi buraxılmış 54 saylı Dəvəçi-Siyəzən dairə seçki komissiyasının yenidən formalaşdırılması üçün yeni üzvlər müəyyənləşdirirlər. Bu barədə Trend ə MSK katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, MSK 6 seçki dairəsi üzrə 21 seçki məntəqəsində 6 oktyabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini etibarsız sayıb. 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsində dairə, 11 saylı Əzizbəyov dairəsində isə 15 saylı məntəqə komissiyalarının tərkibini buraxıb.

Natiq Məmmədov bildirib ki, seçki qanunvericiliyinə görə, yuxarı seçki komissiyaları özündən aşağı komissiyanı formalaşdırır. Yəni, MSK dairə seçki komissiyasını, dairə isə məntəqə seçki komissiyasının tərkibini müəyyənləşdirir. N.Məmmədovun sözlərinə görə, MSK üzvləri hazırda 54 saylı dairə seçki komissiyasını formalaşdırmaq üçün yeni üzvlərin müəyyənləşməsi ilə məşğuldur. Həmin dairə seçki komissiyasının yeni tərkibi MSK-nın iclasında təsdiqlənəcək. N.Məmmədovun sözlərinə görə, komissiya üzvlərinin hamısı eyni gündə təyin edilməyə bilər.

MSK katibi deyib ki, təkrarən seçki dövrü olduğundan bu komissiyalar daha tez, yəni, yaxın günlərdə formalaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti