...

AŞPA-nın həmməruzəçiləri şimal bölgəsində olublar

Siyasət Materials 31 Oktyabr 2006 18:25 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Andres Herkel və Toni Lloyd oktyabrın 31-də Quba rayonuna səfər ediblər. Trend ANS-ə istinadən xəbər verir ki, qonaqlar rayonun icra hakimiyyətinin başçısı Arzuman Əliyev və bölgədəki milli azlıqların nümayəndələri ilə görüşüblər.

Milli azlıqlar onlara münasibətdən razılıq bildiriblər. Qonaqlara milli zəmində heç bir problemin olmadığını deyiblər. Həmməruzəçilərin Quba, Qusar və Xaçmazda fəaliyyət göstərən QHT rəhbərəri ilə görüşündə isə insan hüquqlarının vəziyyəti və bu sahədə problemlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti