...

İlham Əliyev: Azərbaycanın iqtisadi inkişafının analoqu yoxdur

Siyasət Materials 1 Noyabr 2006 11:24 (UTC +04:00)
İlham Əliyev: Azərbaycanın iqtisadi inkişafının analoqu yoxdur

3 il ərzində Azərbaycanda 500 min iş yeri açılıb. Trend in xüsusi müxbirinin məlumatına görə, bu barədə noyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayon ictimaiyyəti qarşısında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin əsas məqsədi ölkənin hərtərəfli inkişafından ibarətdir. Bunun üçün hər cür imkan var. Dövlət başçısı əlavə edib ki, Azərbaycanın iqtisadi inkişafının analoqu yoxdur və respublika bu göstərici üzrə dünyada 1-ci yeri tutur.

Sosial məsələlərə toxunan İlham Əliyev bildirib ki, 3 il ərzində Azərbaycanda 700 məktəb inşa edilib və bu proses davam etdiriləcək. Yaxın vaxtlarda Qazaxda və Gəncədə iki regional səhiyyə mərkəzi istismara veriləcək. Gələcəkdə isə belə obyektlərin hər bir rayon mərkəzində açılması nəzərdə tutulur. O qeyd edib ki, ölkə üzrə əmək haqlarının həcmi artır, ancaq bu, büdcə təşkilatlarında hələ də aşağıdır.

Prezident ölkənin özünü yeyinti məhsulları ilə təmin edə bilməsi üçün kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. "Biz hələlik buna nail olmamışıq və bir çox məhsul xaricdən gətirilir. Ancaq son vaxtlar Azərbaycan məhsulunun idxal olunan məhsula olan faiz nisbəti artır",- deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, Şəmkir və Gədəbəy rayonlarını əlaqələndirən yolun beynəlxalq standartlara uyğun əsaslı təmiri barədə tapşırıq verib. Onun sözlərinə görə, ölkədə bölgələrin inkişafı üçün proqramlar qəbul olunur və göstərişlər verilir. Ancaq bu kifayət deyil. Bütün icra orqanları səmərəli işləməlidir. "Biz regionda gücümüzü möhkəmləndiririk. Ancaq "sözümüzün təkcə regionda deyil, bütün qitədə keçməsini" istəyirik", - deyə İlham Əliyev bildirib. O əlavə edib ki, bunun üçün Azərbaycan hər cür lazımi imkana - coğrafi şəraitə, siyasi əhəmiyyə, faydalı qazıntı ehtiyatlarına malikdir.

Noyabrın 1-də səhər prezident geologiya sərgisinə və Gədəbəy idman kompeksinə baş çəkib.

Səfər zamanı prezident Slavyanka kəndinin rus icması ilə görüşüb və burada Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəblə tanış olub.

Xəbər lenti

Xəbər lenti