Azərbaycan Respublikası Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Mərakeşdə səfərdədir. Bu barədə Trend ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
K.Heydərov əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən qorunmasına həsr olunmuş Avropa Şurasına və Aralıq dənizi regionuna daxil olan dövlətlərin müvafiq qurumları nazirlərinin 11-ci toplantısında iştirak edib.
Toplantıda 30-a yaxın dövlət, Avropa Şurası Parlament Assambleyası, BMT-nin müvafiq komissiyaları və 10-a yaxın beynəlxalq təşkilat təmsil olunub.