...

Azərbaycanın Prezidenti İordaniyanın baş nazirini qəbul edib

Siyasət Materials 6 Noyabr 2006 17:03 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycanın Prezidenti İlham Əliyev Prezident Sarayında İordaniyanın baş naziri və müdafiə naziri Məruf əl-Bəxitin başıılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Prezident İlham Əliyev Baş nazirin Azərbaycana səfirinin iki ölkə arasındakı münasibətlərə güclü təkan verəcəyini bildirib.

"Biz bütövlükdə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı bütün məsələləri çox səmimi şəkildə müzakirə edirik və görürük ki, bu münasibətlər uğurla inkişaf edir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz çalışmalıyıq ki, iqtisadi əlaqələr də bu səviyyəyə qalxsın. Hələlik iqtisadi sahədə əməkdaşlığımız nə sizi, nə də bizi qane edir. Ticarət dövriyyəsinin artması üçün əməli addımlar atılmalıdır və ölkələrin potensialı buna imkan verir. Mən ümid edirəm ki, nümayəndə heyətinin tərkibində olan nazirlər öz həmkarları ilə görüşəcəklər və beləliklə, iqtisadi sahədə də güclü inkişaf müşahidə olunacaqdır" - deyə Azərbaycan Prezidenti qeyd edib.

Məruf Əl-Bəxit isə öz növbəsində səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. "Biz bu ölkəyə açıq ürəklə gəlmişik və Azərbaycanla bütün sahələrdə əlaqələrin səviyyəsini öyrənmək və onu inkişaf etdirmək, Sizinlə Kral arasında olan dostluğun səviyyəsinə çatdırmaq istəyirik. Dövlətlərimiz arasında həm siyasi, həm ticarət-iqtisadi, həm də sosial və digər sahələrdə əməkdaşlıq üıün çox geniş imkanlar vardır" - deyə Məruf Əl-Bəxit söyləyib.

Xəbər lenti

Xəbər lenti