...

İordaniya Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir

Siyasət Materials 6 Noyabr 2006 18:30 (UTC +04:00)

İordaniya Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Trend xəbər verir ki, bu barədə noyabrın 6-da "Hyatt-Park" otelində İordaniya Krallığının Baş naziri, müdafiə naziri Məruf əl-Bəxitin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü zamanı bildirilib.

Qonaq qeyd edib ki, o, bundan əvvəl Azərbaycan Prezidenti ilə görüşüb və İordaniya Kralının salamını ona çatdırıb. Cənab Məruf əl-Bəxit deyib ki, Bakıya səfərinin məqsədi iki ölkənin əməkdaşlıq edə biləcəyi sahələri müəyyənləşdirməkdir. İorndaniya hökuməti Azərbaycanla hərbi sahədə də əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti