...

Nazir: Azərbaycan və Polşa əmtəə dövriyyəsini artırmalıdır

Siyasət Materials 8 Noyabr 2006 13:43 (UTC +04:00)
Nazir: Azərbaycan və Polşa əmtəə dövriyyəsini artırmalıdır

Azərbaycan Polşa ilə qarşılıqlı münasibətlərə çox böyük əhəmiyyət verir. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bu gün Bakıda Poland Expo Polşa milli sərgisinin açılışında bildirib ki, ötən il Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi aşağı düşüb. Bu barədə Trend xəbər verir.

"Hər hansı malın nomenklaturadan çıxarıldığı halda, bunun əmtəə dövriyyəsinin ümumi həcminə çox güclü təsir göstərməməsi üçün dövriyyəni artırmaq lazımdır", - deyə nazir qeyd edib. Poland Expo sərgisində müdafiə sənayesi üçün məhsullar da daxil olmaqla, çoxlu sayda şirkət təmsil olunub. Jurnalistlərin Azərbaycanın Polşa ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsinin mümkün olub-olmamasına dair sualına cavab verən nazir bunun mümkün olduğunu bildirib.

"Biz müdafiə sahəsində də Polşa ilə əməkdaşlıq edə bilərik və bu, hər şeydən əvvəl Polşanın siyasi cəhətdən Azərbaycanı dəstəkləməsi ilə izah olunur", - deyə o qeyd edib.

Sərgidə 45 şirkət iştirak edir, onlar həmçinin qida sənayesi, inşaat, plastik kart, aksiz marka, şüşə qab, mülki sənaye üçün maşın və avadanlıq, vertolyot, mebel istehsalı, neft, qaz və su sahəsində xidmət və b. sahələri təmsil edir.

Xəbər lenti

Xəbər lenti