...

Fərhad Abdullayev: Venesiya Komissiyası Azərbaycanın konstitusiya qanunverciliyinin təkmilləşdirilməsi üçün dəstəyini əsirgəməyib

Siyasət Materials 9 Noyabr 2006 14:02 (UTC +04:00)

Avropa Şurasının Venesiya Komissiyası son 10 ildə Azərbaycanın konstitusiya qanunverciliyinin təkmilləşdirilməsi üçün öz dəstəyini əsirgəməyib. Trend in xəbərinə görə, bu sözləri noyabrın 9-da Bakıda öz işinə başlayan "Konstitusiya Məhkəməsi ilə ümumi yuridiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr" mövzusunda beynəlxalq konfransda Azərbaycanın Kosntitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev söyləyib.

F.Abdullayev qeyd edib ki, Azərbaycanın əsasən konstitusiya sahəsində fəaliyyət göstərən Venesiya Komissiyası ilə əməkdaşlığı çərçivəsində keçirilən tədbirlər ənənə halı alıb və o, faydalı əməkdaşlığa görə konfransın işində iştirak edən Venesiya Komissiyasının katibi cənab Canni Bukikkioya təşəkkürünü bildirib.

Sonra Venesiya Komissiyasının katibi Canni Bukikkio konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, tədbirdəki müzakirələr Avropa Şurasına üzv dövlətlərin konstitusiya məhkəmələrinin fəaliyyətlərinin təkmilləşdirilməsində böyük rol oynayacaq.

Daha sonra isə "Konstitusiya yurisdiksiyası və ümumi məhkəmələr: fərqlər nədən ibarətdir" mövzusunda Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Andraş Brayqova, "Kelsenin Konstitusiya-hüquq nəzarəti modelinin eroziyası" mövzusunda isə Rusiyanın Kosntitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev məruzə ilə çıxış edib.

Qeyd edək ki, Azərbaycanla Avropa Şurası Venesiya Komissiyasının birgə təşkil etdiyi ikigünlük konfransda Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, Rusiya, Macarıstan, Almaniya və Belçikanın Konstitusiya Məhkəmələrinin hakimləri, həmçinin Azərbaycanın Prezident Aparatının, Milli Məclisin, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti