...

Zakir Haşımov: Azərbaycan hökumət nümayəndə heyəti Türkiyənin keçmiş baş nazirinin dəfn mərasimində iştirak edəcək

Siyasət Materials 9 Noyabr 2006 16:33 (UTC +04:00)

Noyabrın 11-də Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin keçmiş baş naziri Bülənt Əcəvitin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.

O əlavə edib ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan XİN başçısının müavini Vaqif Sadıqov və Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətində təmsil olunan deputatlar da daxil olacaq.

Türkiyə KİV-nin məlumatına görə, həmin gün Qocatəpə məscidində ibadətdən sonra mərhumun cənazəsi dəfn yerinə aparılacaq. Bildirilir ki, Əcəvit dövlət xadimləri üçün nəzərdə tutulmuş qəbiristanlıqda və ya başqa yerdə dəfn olunacaq. Onun qəbri üzərində isə abidə ucaldılacaq.

Xəbər lenti

Xəbər lenti