...

Türkiyənin jandarm baş komandanı İşık Koşanerin Bakıya planlaşdırılan ikigünlük səfərinin proqramı

Siyasət Materials 10 Noyabr 2006 19:52 (UTC +04:00)

Noyabrın 14-15-də Bakıya səfəri planlaşdırılan Türkiyənin jandarm baş komandanı İşık Koşanerin səfəri çərçivəsində görüşlərlə yanaşı, Daxili Qoşunların hərbi hissələri ilə tanışlığı da gözlənilir. Bu barədə Trend ə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının (DQ) Beynəlxalq Əlaqələr Şöbəsindən məlumat verilib.

İşıq Koşaner Bakıya noyabrın 14-də saat 13.00-da gələcək. Saat 15.00-da prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabınını ziyarət, daha sonra isə daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüş planlaşdırılıb.

Noyabrın 15-də isə səhər saatlarında DQ-nin Baş İdarəsində DQ komandanı Zakir Həsənovla görüş olacaq. Görüşdən sonra səfərlə əlaqədar brifinq keçiriləcək, daha sonra isə cənab Koşaner DQ-nin NZS qəsəbəsində yerləşən Hərbi Hissəyə və Qala qəsəbəsində yerləşən DQ Tədris Mərkəzinə gedəcək, əsgərlərin döyüş hazırlığı ilə tanış olacaq.

Günün ikinci yarısı İşıq Koşaneri Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

Səfər proqramı prezidentlə görüşdən sonra başa çatacaq.

Qeyd edək ki, Türkiyə Jandarmeriyasının komandanı İşık Koşaner bu vəzifəyə 2006-cı ildə təyin olunub və Jandarm komandanı kimi Azərbaycana ilk səfəridir.

Xəbər lenti

Xəbər lenti