Sabah səhər Moskvada Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinin payız sessiyasında Azərbaycanda bələdiyyə seçkilərinin nəticələri haqqında hesabata qulaq asılacaq. Bu haqda bu hesabatla çıxış edəcək Konqresin vitse-prezidenti Lyudmila Sfirloaqa Trend -ə xəbər verib.
O deyib ki, hesabatın əsasında 6 oktyabrda Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin monitorinqini keçirən qrupların seçkilərdən bir gün sonra hazırladıqları məlumatlar durur. "Biz Azərbaycan hökümətinə seçki təcrübəsini inkişaf etdirmək üçün Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresi ilə sıx əməkdaşlığı məsləhət görürük". Bunu L.Sfirloaqa qeyd edib.