...

Avropa Şurası Yerli və regional hökümət orqanları konqresinin monitorinq qrupu yekun hesabatını açıqlayıb

Siyasət Materials 20 Noyabr 2006 14:09 (UTC +04:00)

Avropa Şurası Yerli və regional hökümət orqanları konqresinin monitorinq qrupu 2006-cı il oktyabrın 6- da, Azərbaycanda bələdiyyə seçkiləri zamanı keçirilmiş monitorinqin nəticələrinə görə yekun hesabatı açıqlayıb. Trend in xəbər verdiyi kimi, məlumatda qeyd olunub ki, Azərbaycan Avropa Şurasının seçki prinsipləri və demokratik və beynəlxalq standartlarına tam uyğunlaşması üçün hələ təkmilləşməlidir. Bununla əlaqədar, Konqres Azərbaycanın hökümət orqanlarını Azərbaycanda 6 oktyabr 2006-cı il tarixində bələdiyyə seçkiləri zamanı keçirilmiş monitorinqə əsaslanmış tövsiyyələri diqqətə almağa dəvət edir.

Konqresin nümayəndə heyəti seçki kampaniyasının passivliyini xüsusilə vurğulayıb və təəssüflə bildirib ki, əsas müxalifət partiyaları yerli səviyyədə siyasi qüvvələr arasında istənilən seçkiqabağı debatlarda iştirak etməkdən imtina edib. Konqres demokratik partiyaların iştirakı və qadınların siyasi həyatdakı rolunun artırılması ilə birlikdə daha çox siyasi öhdəliklər və plüralizmi dəstəkləmək arzusundadır. Bəyanatda qeyd olunub ki, bütün bu elementlər demokratik seçkilərin keçirilməsinə zəmanət verə bilər.

Konqres hesab edir ki, yerli ictimai həyatda iştirakı artırmaq məqsədilə məlumatlılıq səviyyəsinin artırılması üçün konkret tədbirlər görmək lazımdır. Yerli orqan nümayəndələri və əməkdaşların peşəkarlığını və mərkəzi və yerli hökümət orqanları arasında etimad və hörmət səviyyəsini artırmaq məqsədilə onlar üçün treninqlər, vətəndaşlar üçün məlumat kampaniyası keçirmək lazımdır. Yerli orqanların ittifaqının möhkəmləndirilməsi üçün onların demokratik cəmiyyətdə fəal iştirak etməsi lazımdır, vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsinə nail olmaq üçün Konqres yerli hökümət orqanlarının milli assosiasiyalarını yaratmağı təklif edir. Konqres və yerli və regional hökümət orqanlarının Norveç assosiasiyası arasında birgə layihə məhz bu məqsədlərə xidmət edir.

Hesabatda qeyd olunub ki, Konqres Azərbaycanın hökümət orqanlarının yerli və regional demokratiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı məqsədinə çatmaq üçün onlara kömək etməyə və dəstəkləməyə hazırdır. Bu demokratiya yerli özünüidarəetmə orqanlarının Avropa Xartiyasına müvafiq olaraq həqiqi məsuliyyət və ehtiyatlara əsaslanmalıdır.

Xəbər lenti

Xəbər lenti