...

Azərbaycanın fövqəladə hallar naziri BƏƏ XİN başçısı ilə görüşüb

Siyasət Materials 20 Noyabr 2006 15:13 (UTC +04:00)

Noyabrın 19-da Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər naziri, general Şeyx Saif bin Zayedi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəbul edib. Bu barədə Trend Emirates News Agency-nin məlumatına istinadən xəbər verir.

Agentlik bildirir ki, BƏƏ-də səfərdə olan K.Heydərov həmkarı ilə əməkdaşlıq və tərəfdaşlıq məsələlərini, o cümlədən onların təkmilləşdirilməsi yollarını müzakirə edib. Bundan başqa, ictimai müdafiə, xilasetmə əməliyyatları və fövqəladə hallar üzrə ekspert və informasiya mübadiləsi yolları da nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti