...

Əli Həsənov: Azərbaycan seçki sistemini təkmilləşdirməyə hazırdır

Siyasət Materials 20 Noyabr 2006 16:40 (UTC +04:00)
Əli Həsənov: Azərbaycan seçki sistemini təkmilləşdirməyə hazırdır

Azərbaycan bütün sahələrin, o cümlədən seçki sisteminin təkmilləşdirilməsi üçün təkcə Avropa Şurası ilə deyil, həm də Avropa Birliyi, ABŞ, demokratik ölkələr və digər qlobal təşkilatlarla əməkdaşlığı davam etdirməyə hazırdır. Bu barədə Trend ə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

O əlavə edib ki, bu siyahıya şəffaflığın təmin olunması, dövlət inzibatçılığı, mülki - vətəndaşlıq münasibətləri, siyasi plüralizm, mətbuat azadlığı və s. daxildir. "Azərbaycan bu ölkələrin təcrübəsindən faydalanmağa hazırdır", - deyə Ə.HəsənovAzərbaycanı əməkdaşlığa dəvət edən AŞ Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin hesabatını şərh edərkən bəyan edib.

Xatırladaq ki, AŞ Yerli və Regional Hakimiyyət Orqanları Konqresi Azərbaycanda oktyabrın 6-da keçirilmiş bələdiyyə seçkilərində aparılmış monitorinqin nəticələrinə dair yekun hesabat yayıb. Hesabatda qeyd olunur ki, Konqres yerli özünüidarəetmə orqanlarının Avropa Xartiyasına uyğun olaraq həqiqi məsuliyyət və resurslara əsaslanmalı olan yerli və regional demokratiyanı möhkəmləndirmək və inkişaf etdirmək niyyətində Azərbaycanın hakimiyyət orqanlarına dəstək və köməyini bərpa etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti