...

İkitərəfli əməkdaşlığın inkişaf məsələləri Azərbaycan və BƏƏ prezidentlərinin görüşündə nəzərdən keçirilib

Siyasət Materials 20 Noyabr 2006 18:38 (UTC +04:00)

İkitərəfli əməkdaşlığın inkişaf məsələləri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentləri - İlham Əliyev və şeyx Xəlifə bin Zayed Əl Nahyanın noyabrın 20-də Əbu-Dabidəki görüşündə nəzərdən keçirilib.

Trend xəbər verir ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın inkişafından razı qaldıqlarını bildirib. Vurğulanıb ki, İ.Əliyevin BƏƏ-yə rəsmi səfəri, imzalanan ikitərəfli sənədlər, eləcə də biznes-forum dövlətlərarası əlaqəni daha da genişləndirəcək. Qeyd olunub ki, səfərdən sonra tərəflər mövcud olan potensialdan, o cümlədən iqtisadi sahədə münasibətlərin inkişafı üçün tam şəkildə istifadə edəcək.

Prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, regional tematikanı müzakirə edib.

Noyabrın 20-də prezident həmçinin Dubay Əmirliyinin icra şurasının üzvü şeyx Sultan Bin Xəlifə əl Nahyan ilə görüşüb. Tərəflər iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını, iqtisadi sahədə əlaqələrin inkişafının zərurətini vurğulayıb. Dövlət başçısı həmçinin Əbu-Dabinin dövlət KİV-lərinə müsahibə verib, böyük biznes qurumlarının nümayəndələri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti