...

Azərbaycan prezidenti Dubaya səfər edib

Siyasət Materials 21 Noyabr 2006 15:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Trend in xəbər verdiyi kimi, səfərin 2-ci günündə - noyabrın 21-də prezident Əliyev Şeyx Zaid məscidində BƏƏ-nin keçmiş prezidenti Şeyx Zaid bin Sultan əl Nahyanın məzarını ziyarət edib. Məscid 2001-ci ildə şeyx Zaidin təşəbbüsü ilə tikilib. Şeyxin özü 2004-cü ildə burada dəfn olunub. İ.Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Daha sonra dövlət başçısı Dubayda Cəbəl Əli açıq ticarət zonasının fəaliyyəti ilə tanış olub və həyata keçirilən iri layihələrin təqdimatında iştirak edib. Bundan başqa, o, Dubay əmiri, BƏƏ-nin vitse-prezidenti şeyx Məhəmməd bin Rəşid Əl Maktunla da görüşüb.

Xəbər lenti

Xəbər lenti