...

Fəzail Ağamalı: "2008-ci il prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürəcək və onu dəstəkləyəcəyik"

Siyasət Materials 22 Noyabr 2006 15:28 (UTC +04:00)

"Azərbaycan dövlətinin inkişafı naminə 2008-ci ildə İlham Əliyevin namizədliyini irəli sürəcək və onu dəstəkləyəcəyik". Trend in məlumatına görə, bu fikirləri noyabrın 22-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 14 illiyi münasibəti ilə keçirilən konfransda Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı səsləndirib.

O bildirib ki, prezident İlham Əliyevin dövlət başçısı kimi layiqli fəaliyyət göstərdiyini, onun yüksək idarəetmə qabiliyyətini, həmçinin alternativsiz olduğunu nəzərə alaraq, tərəfdarları növbəti prezident seçkilərində yenidən onun namizədliyini irəli sürəcək. F.Ağamalı prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılması təklifini də səsləndirib: "Bu, Azərbaycan dövlətinə xidmət etmək deməkdir".

YAP-ın yaradılmasının 14 illiyi ilə bağlı partiyanın Siyasi Şurasının üzvü Südeyf İmamverdiyev, İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Azərbaycan Naminə Alyans Patiyasının sədri Abutalıb Səmədov və digərəri çıxış edərək hakim partiyanın fəaliyyətindən, uğurlu siyasətindən, Heydər Əiyev tərəfindən müəyyənləşən ideoloji kursunun bu gün dövlət başçısı tərəfindən davam etdirilməsindən danışıblar.

YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov Azərbaycanda YAP-la müqayisə olunacaq, rəqabət apara biləcək partiya olmadığını deyib. Onun sözlərinə görə, YAP nə qədər xalqa xidmət göstərəcəksə, o qədər də insanların həyatının rifah səviyyəsi yüksələcək, dövlətimiz möhkəmlənəcək və güclənəcək.

Xəbər lenti

Xəbər lenti