...

Faiq Qurbanov: Azərbaycanda köhnə tipli cəzaçəkmə müəssisələri ləğv olunacaq

Siyasət Materials 27 Noyabr 2006 13:50 (UTC +04:00)
Faiq Qurbanov: Azərbaycanda köhnə tipli cəzaçəkmə müəssisələri ləğv olunacaq

Qarışıq tipli yeni cəzaçəkmə müəssisələrinin inşası üzrə işlərə başlanması Azərbaycanda Avropa standartlarına cavab verən penitensiar müəssisələrin yaradılmasına imkan verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Ədliyyə Nazirliyinin insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov bəyan edib.

O qeyd edib ki, yeni müəssisələr hazır olan kimi, köhnə tipli cəzaçəkmə müəssisələri ləğv olunacaq. Bəzi müəssisələrdə isə yenidənqurma işlərinin aparılması mümkün olacaq.

Azərbaycanda hər bir dustağa çəkilən gündəlik xərclərə gəlincə, F.Qurbanov qeyd edib ki, bu məbləğ Avropa ölkələrindəki göstəricidən fərqlənir. O əlavə edib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində təxminən 20 min nəfər saxlanılır ki, bunun da 200-ü qadındır.

Xəbər lenti

Xəbər lenti