...

Türkiyə jandarmeriyası komandanının Bakıya səfərinin tarixi müəyyənləşib

Siyasət Materials 28 Noyabr 2006 18:16 (UTC +04:00)

Dekabrın 5-də Türkiyə Respublikası jandarmeriyası komandanı İşık Koşaner Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsindən məlumat verilib.

Qeyd edək ki, İşık Koşanerin səfəri noyabrın 14-ə planlaşdırılsa da, onun səhhətində problemlər yarandığı üçün səfər müəyyən müddətə qədər təxirə salınmışdı. Qüvvədə olan səfər proqramı artıq hər iki tərəfin razılaşdırdığı kimi dekabrın 5-ə təyin edilib.

Türkiyə jandarmının komandanı İşık Koşaner səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək və Daxili Qoşunların hərbi hissələri ilə tanış olacaq, DQ əsgərlərinin döyüş nümunələrini izləyəcək.

Xəbər lenti

Xəbər lenti