...

Mauiriso Pavesi: Təhsildə korrupsiya cəmiyyətin inkişafına mane olur

Siyasət Materials 29 Noyabr 2006 12:34 (UTC +04:00)

"Təhsildə korrupsiya cəmiyyətin inkişafına mane olur". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 29-da təhsildə korrupsiya ilə mübarizəyə həsr olunmuş konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Mauiriso Pavesi bəyan edib.

Səfir qeyd edib ki, ölkə yalnız əhalinin mədəni səviyyəsinin Avropa stanlartlarına uyğun olduğu halda inkişaf edə bilər. Təhsil sahəsində islahatlar korrupsiya ilə mübarizədən asılıdır. "Əgər diplomu pulla almaq olarsa, o zaman təhsilə marağı təsəvvür etmək çətindir. Təhsildə korrupsiya təkcə texniki deyil, həm də sosial ədalətsizliklə bağlı problemdir", - deyə M.Pavesi vurğulayıb.

ATƏT ofisinin rəhbəri onu da qeyd edib ki, onlar təhsil sahəsində korrupsiya ilə mübarizədə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazırdır və konfrans bu fəaliyyətin başlanğıcıdır.

Xəbər lenti

Xəbər lenti