...

Prezident aparatının şöbə müdiri: Azərbaycan Teleradio şurasının qərarından narazı olanlar yerli və Avropa məhkəməsinə müraciət edə bilərlər

Siyasət Materials 29 Noyabr 2006 13:52 (UTC +04:00)

Heç kimin qanunlara tabe olmamaq və onları pozmaq hüququ yoxdur. "ANS" teleradioşirkəti, "Azadlıq" qəzeti və "Turan" informasiya agentliyinə dair qəbul olunmuş qərarlar tamamilə əsaslıdır, əgər kimsə bununla razı deyilsə, məhkəməyə müraciət etsin. Trend xəbər verir ki, bu barədə noyabrın 29-da jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan ziyalılarının dövlət başçısına "ANS" telekanalının yayımının bərpa olunmasına dair müraciətini şərh edən şöbə müdiri qeyd edib ki, hökümət orqanları hər hansı məsələ üzrə siyasi qərar qəbul etmək hüququna malikdir, ölkədə baş verən proseslərə görə məsuliyyət prezidentin üzərinə qoyulub, lakin elə məsələlər var ki, siyasi şərh üçün yer qoymur.

Ə.Həsənovun sözlərinə görə, teleradioşirkətin fəaliyyəti müstəqil Milli teleradio şurası tərəfindən nizamlanır, bu sahədə dövlət siyasəti Şura tərəfindən həyata keçirilir və bu qurumun qəbul etdiyi qərarlara riayət etmək məcburidir. "Hətta prezident Şuranın fəaliyyətinə müdaxilə etmək, onun qərarını ləğv etmək, onun üzvlərini geri çağırmaq imkanına malik deyil", - deyə o bildirib.

Şöbə müdirinin qeyd etdiyi kimi, Şuranın qərarından narazı olanlar yerli və Avropa məhkəməsinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti