...

İqdırın icra hakimiyyətinin başçısı: Qardaş şəhərlər protokolu imzalanandan sonra Şamaxı ilə İqdır iş adamlarının əlaqəsi genişlənəcək

Siyasət Materials 30 Noyabr 2006 12:53 (UTC +04:00)

Şamaxı ilə İqdır arasında "Qardaş şəhər protokolu" imzalanandan sonra bu iki şəhərin iş adamları arasında əlaqələr də genişlənəcək. Trend xəbər verir ki, bu barədə noyabrın 30-da jurnalistlərə Azərbaycanda səfərdə olan Türkiyənin İqdır şəhərinin icra hakimiyyətinin başçısı Saim Saffət Karahisarlı məlumat verib.

Onun sözlərinə görə, bu gün Şamaxıda şəhər İcra Hakimiyyəti başçısının iştirakı ilə keçiriləcək imzalanma mərasimində İqdırın Ticarət Palatasının rəhbəri, iş adamları, İqdırın baş prokuroru, polis rəisi və digər rəsmilər iştirak edir. "Protokolun imzalanmasından sonra qardaş şəhər hesab olunan Şamaxının rəsmi şəxslərindən və iş adamlarından ibarət nümayəndə heyəti İqdıra gedəcək",- S. S. Karahisarlı bildirib.

Onun fikrincə, iki şəhər arasında gələcəkdə toplantıların keçirilməsi sıx əlaqələrin yaradılmasında zəruridir.

Şamaxı ilə İqdır arasında "Qardaş şəhər protokolunun" imzalanması məqsədi ilə İqdırdan Azərbaycana gəlmiş nümayəndə heyəti səhər saatlarında ümmumilli lider

Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra imzalanma mərasimində iştirak etmək üçün Şamaxıya yola düşüb..

Xəbər lenti

Xəbər lenti