...

BMT rezident-əlaqələndiricisinin Azərbaycanda missiyası başa çatır

Siyasət Materials 2 Dekabr 2006 12:12 (UTC +04:00)

BMT-nin rezident-əlaqələndiricisi Marko Barsottinin Azərbaycanda missiyası başa çatır. Bu münasibətlə M.Barsotti Azərbaycanın təhsil naziri ilə görüşüb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Nazir təhsil sahəsində Azərbaycanın BMT ilə əməkdaşlığının inkişafında göstərdiyi səylərə görə diplomata öz təşəkkürünü bildirib. Azərbaycanda BMT ilə birlikdə həyata keçirilən layihələr arasında nazir "Davamlı insan inkişafı", "Məktəblərin İKT ilə təmin edilməsi", "İnklyuziv təhsil", "Hamı üçün təhsil" və b. adını çəkib.

M.Barsotti nazir ilə görüşdə bildirib ki, BMT hər zaman iqtisadiyyat və sosial yaşamın müxtəlif sahələrinin inkişafında Azərbaycana yardım göstərməyə hazırdır. O, ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsilin səviyyəsinin yaxşılaşdırılması sahəsində görülən işləri müsbət qiymətləndirib, təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində atılan addımları vurğulayıb.

Xəbər lenti

Xəbər lenti