...

Azərbaycanda yaşayan məhsəti türklərinin Bakıda altıncı qurultayı başlayıb

Siyasət Materials 2 Dekabr 2006 14:19 (UTC +04:00)
Azərbaycanda yaşayan məhsəti türklərinin Bakıda altıncı qurultayı başlayıb

Azərbaycanda yaşayan məhsəti türklərinin dekabrın 2-də Bakıda altıncı qurultayı öz işinə başlayıb. Məhsəti türkləri Azərbaycan Cəmiyyətinin sədri İbrahim Burhanovun Trend ə verdiyi məlumata görə, qurultayın 300 deputatı Azərbaycanda yaşayan 70 min türkü təmsil edir. Qurultayın proqramında onların tarixi vətənləri - Gürcüstana qayıtması məsələsinin müzakirəsi nəzərdə tutulub. Onların yaşadıqları tarixi yerlərə qayıtmasının təmin edilməsini tələb edən proqram sənəd və bəyanatlarının qəbul edilib BMT və digər beynəlxalq təşkilatlara göndərilməsi də nəzərdə tutulur. Həmçinin məhsəti türklərinin geri qayıtmasına təminatı üzərinə beynəlxalq vəzifə olaraq götürmüş Gürcüstan prezidentinə də müraciət hazırlanıb.

Xatırladaq ki, Azərbaycandakı məhsəti türklərinin öncəki - beşinci qurultayı 2000-ci ilin fevral ayında keçirilib. Həmin ilin iyul ayında isə Bakıda türklərin Birinci Ümumdünya Qurultayı keçirilib.

Qurultayda iştirak edən Türkiyə səfirliyinin təhsil məsələləri üzrə məsləhətçisi Səlahəddin Dikmən bildirib ki, Türkiyə hökuməti məhsətili həmvətənlərinin taleyinə biganə deyil və hesab edir ki, beynəlxalq ictimaiyyət onların Gürcüstana qayıtmaq kimi qanuni haqlarını dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti