...

Türkiyə jandarmeriyasının komandanı İşıq Koşanerin başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır

Siyasət Materials 5 Dekabr 2006 18:09 (UTC +04:00)

Dekabrın 5-də Türkiyə jandarmeriyasının komandanı İşıq Koşanerin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Trend xəbər verir ki, günün ikinci yarısı Koşaner DİN Daxili Qoşunlarının komandanı Zakir Həsənovun müşaiyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

Sonra türkiyəli qonaqlar mərhum eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Koşanerin daxili işlər naziri Ramil Usubovla görüşü nəzərdə tutulub.

Dekbarın 6-da Daxili Qoşunların Baş İdarəsində görüş və DQ-nin hərbi hissələri ilə tanışlıq, dekabrın 7-də isə müdafiə naziri Səfər Əbiyevlə görüş planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti