...

Nazir müavini: Tehranda Xəzər sammiti bəyanatının mətni hazırlanıb

Siyasət Materials 7 Dekabr 2006 15:00 (UTC +04:00)
Nazir müavini: Tehranda Xəzər sammiti bəyanatının mətni hazırlanıb

Xəzəryanı ölkə başçılarının sammitində qəbul ediləcək bəyanatın layihəsi Tehranda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən işçi qrupun iclasında hazırlanıb. "Lider" telekanalına istinadən Trend bildirir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov işçi qrupun dekabrın 6-da Tehranda keçirilmiş iclasının nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəyanatın mətninin hazırlanmasından sonra həmin sənədin bəndlərinin razılaqşdırılması prosesi həyata keçirilib. X.Xələfov əlavə edib: "Çox bəndlər üzrə artıq razılıq əldə olunub, lakin bəzi məsələlər hələ açıq qalır və biz bu işi davam etdirməyi qərara almışıq. Yəqin ki, bu razılaşdırılmamış məsələlərlə bağlı bir ay ərzində bir və ya iki görüş keçirməliyik".

Xəbər lenti

Xəbər lenti