...

Naxçıvan MR-də "Bahar" kinoteatrı fəaliyyətini bərpa edib

Siyasət Materials 11 Dekabr 2006 12:17 (UTC +04:00)

Naxçıvan MR Şərur rayonundakı mədəniyyət müəssisələrindən "Bahar" kinoteatrı fəaliyyətini bərpa edib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bu mədəniyyət mərkəzi yenidənqurma işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

Qeyd edək ki, 264 yerlik tamaşa salonunda əsaslı təmir və yenidənqurma işləri aparılaraq, səsləndirmə-akustika sistemi yaradılıb. Burada ilin bütün fəsillərində tempraturu normal saxlamaq üçün havalandırma sistemi, həmçinin Almaniyadan gətirilmiş müasir səsləndirmə, işıqlandırma avadanlıqları və kinoaparat da quraşdırılıb.

Adıçəkilən kinoteatrda filmlərin nümayişindən əlavə mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti