...

3 nəfər Təbrizli milli hərəkatçıya 36 ay həbs cəzası verildi

Siyasət Materials 11 Dekabr 2006 13:41 (UTC +04:00)

Güney Azərbaycanın Təbriz şəhərində məhkəmə qərarı ilə 3 nəfər milli hərəkatçıya 36 ay həbs cəzası kəsilib. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyindən məlumat verilib.

Babək Malik, Əhəd Əsədi və Məhəmmədrza Morğdar adlı azərbaycanlı hərəkatçıların barəsində həbs qərarını Təbrizin 1 nömrəli İnqilab Məhkəməsində hakim Əli Əkbəri çıxarıb.

Milli hərəkat fəalları İran Konstitusiyasının 498, 500 və 698-ci maddələri əsasında ittiham olunublar. Hər bir hərəkatçı hökümətin əleyhinə təbliğat aparma ittihamı ilə 6 ay və Milli təşkilatlara üzv olmaq, ölkədə "təxribat yaratmaq" ittihamlarına görə isə 30 ay həbs cəzasına məruz qalıblar.

Qeyd edək ki, GAMOH 1995-ci ildə İranda yaşayan azərbayacanlıların haqları uğrunda açıq mübarizə aparmaq məqsədilə professor Mahmudəli Çöhrəqanlı və onun silahdaşları tərəfindən yaradılıb. Dünyanın müxtəlif ölkələrində 24 təmsilçiliyi-bürosu olan GAMOH beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti